Logo

UNEC-də Məzun Günü keçirilib - FOTOLAR

01.07.2022 14:06 107 baxış
IMG

İyunun 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Məzun Günü keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru Ədalət Muradov 3478 bakalavr, 1678 magistr olmaqla, 5166 tələbənin məzun olduğunu deyib. Məzunları təbrik edən rektor, onları qarşıda yeni sınaqların gözlədiyini, bu parlaq gənclərin bütün sınaqların öhdəsindən layiqincə gələrək, uğur qazanacaqlarından əminliyini ifadə edib. 

Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev UNEC-in ali təhsil müəssisələri arasında özünəməxsus yeri olduğunu və ölkənin iqtisadi inkişafına dəyərli töhfələr verdiyini bildirərək, ölkənin bilikli və bacarıqlı gənclərə daim ehtiyac olduğunu deyib. Məzunlara təbriklərini çatdıran təhsil naziri, onlara özlərini daim inkişaf etdirməyi tövsiyə edib.

Məzun Günündə iştirak edən Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət üzrə konsulu, Fransız İnstitutunun direktoru Kelle Jerome UNEC ilə Fransanın Montpellier Universiteti arasında 6 ildir ki, reallaşdırılan ikili diplom proqramının əhəmiyyətindən söz açıb. 

Sonra UNEC-in Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramlarının məzunlarına həmin universitetin diplomları təqdim olunub.

Məzun Günündə UNEC-i bakalavr səviyyəsi üzrə ən yüksək ortalama (99,58) ilə bitirən və adı UNEC-in Fəxri daşına həkk edilən Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsi Nihad Paşazadə çıxış edib. Sonra bütün məzunların andiçmə mərasimi keçirilib və UNEC bayrağı III kursu ən yüksək ortalama ilə bitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Ayan Nəbiyevaya təhvil verilib.

Məzun Günü konsert proqramı ilə davam etdirilib.

Xəbər lenti