Logo

Dövlət İdarəçilik Akademiyasında məzunlarla görüş olub - FOTOLAR

01.07.2022 13:36 452 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) məzunlarla görüş olub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə DİA-nın rektoru akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Akademik U.Ələkbərov Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışıb, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərdə bilik və bacarığın rolunu vurğulayıb. Rektor respublikamızın çox sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu diqqətə çatdırıb.

Rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, qazanılan nailiyyətlərdən danışan U.Ələkbərov məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Milli Məclisin deputatı, dosent Aydın Mirzəzadə, DİA-nın Siyasi idarəetmə fakültəsinin dekanı professor Elçin Əhmədov, İnzibati idarəetmə fakültəsinin dekanı dosent Elnur Əliyev və başqaları məzunları təbrik edib, onlara xoş arzularını bildiriblər.

Xəbər lenti