Logo

Ölkədə 150 mindən çox şagird dərslikdə Anarı axtarır - VİDEO

01.07.2022 12:47 711 baxış
IMG

Azərbaycanda orta ümumtəhsil məktəblərin rus bölməsi üçün buraxılan riyaziyyat dərsliyində şagirdlər “Anarı axtarırlar”.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılır. Söhbət rus bölməsi üzrə 1-ci sinif şagirdləri üçün nəzərdə tutulan riyaziyyat dərsliyindən gedir.

Valideyn deyir ki, uşağı məsələni həll edə bilmək üçün onun şərtinə salınan obyekti axtarır, amma tapa bilmir:

“Mənim uşağım Anarı axtarır, tapa bilmir. Uşaqla birlikdə bu kitabı vərəqləmişik, amma Anarı tapa bilmirik. Bu kitabı yazanlar bunu gözübağlı yazır, içkili halda yazırlar? Necə olur ki, bu cür səhvlərlə dolu dərsliklər tədrisə buraxılır? Xahiş edirik, Anarı tapıb çıxarın”.

Əgər iddialar doğrudursa, bu, dərslik vəsaiti kimi istifadə edilirsə, sözügedən videonu çəkən şagirdlə yanaşı, daha 150 mindən çox şagird kitabda Anarı axtarır deməkdir...

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, yayılan məlumatlardakı vəsait dərslik deyil:

“Hər satılan vəsait dərslik deyil”.

Xəbər lenti