Logo

Quba-Xaçmaz və Mərkəzi Aranda direktor olmaq üçün müraciət edənlərin sayı açıqlanıb

01.07.2022 12:03 344 baxış
IMG

İyunun 24-dən 30-dək Quba-Xaçmaz və Mərkəzi Aran Regional Təhsil İdarələrinin tabeliyindəki şagird sayı 151-500-dək direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbulunda iştirak edən namizədlərin sayı açıqlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov məlumat verib.

O deyib ki, regionda şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üçün 172 müraciət daxil olub. Onların əksəriyyəti orta yaşlı şəxslərdir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev qeyd edib ki, regionda direktor olmaq üçün 139 nəfər müraciət edib. Onlar arasında gənclər də var.

Xəbər lenti