Logo

Doktorantura və dissertanturada xarici dildən qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

01.07.2022 11:57 308 baxış
IMG

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və ya fəlsəfə doktoru imtahanını (ilk 4 blok və ya yalnız dinləmə bloku) yenidən vermək istəyən və 13-16 iyun tarixlərində qeydiyyatdan keçən şəxslər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 7 iyul 2022-ci il tarixində imtahan keçiriləcək.

Tehsil.biz xəbər verir ki, namizədlər və iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər. Məlumat üçün qeyd edək ki, imtahan saat 10:00-da başlanacaq.

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əsli və buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

Qeyd edək ki, hazırda danışıq bloku üzrə imtahan nəticələrinin yoxlanılması davam edir və bütün bloklar üzrə nəticələr 7 iyulda keçiriləcək ikinci imtahandan sonra bir yerdə elan olunacaq. İkinci imtahanda iştirak üçün ərizə ilə müraciət edən namizədlər danışıq bloku üzrə imtahandan topladıqları baldan asılı olmayaraq 7 iyulda keçiriləcək imtahana buraxılırlar. Lakin bal məhdudiyyəti yenə də qüvvədədir. Yəni nəticələr elan olunduqdan sonra ümumi və bloklar üzrə (o cümlədən danışıq bloku) bal məhdudiyyətini ödəməyən namizədlər növbəti mərhələyə buraxılmayacaqlar.

Xəbər lenti