Logo

“Liderlik və idarəetmənin əsasları“ mövzusunda təlim keçirilib

01.07.2022 11:20 242 baxış
IMG

30 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əməkdaşları üçün “Liderlik və idarəetmənin əsasları“ mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim zamanı DİM-in əməkdaşı Miranə Rüstəmli iştirakçılara lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi, liderlik üslubları, rəhbəri effektiv edən vərdişlər, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti