Logo

Bakı Ali Neft Məktəbinin əməkdaşları seminarda - FOTOLAR

01.07.2022 10:34 283 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) İqtisadiyyat və uçot şöbəsinin əməkdaşları Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının təşkil etdiyi seminarda iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, seminar “Maliyyənin idarə olunmasında psixi-emosional resurslarımızdan necə düzgün istifadə etməliyik” mövzusuna həsr olunub. İki gün davam edən tədbir Mingəçevir şəhərində keçirilib. Seminara  BANM-in İqtisadiyyat və uçot şöbəsinin dörd əməkdaşı qatılıb.

Seminarın  məqsədi iştirakçılara gərgin iş rejimində yaranan situasiyalar şəraitində qərarların qəbulu və vəziyyətin düzgün təhlili nəticəsində maksimum nəticələrin əldə edilməsi səriştələrini aşılamaq olub. Müasir dövrdə kollektiv üzvlərinin mənəvi-psixoloji, antistress keyfiyyətləri sayəsində idarə, müəssisələrin maliyyə-təsərrüfat və idarəçilik fəaliyyətində yarana biləcək risklərin qarşısının alınması məqsədilə müasir nəzəri biliklərin idarəçilikdə tətbiqi yolları seminarda müzakirə edilən mövzulardan olub.

Tədbirdə Azərbaycanın digər tanınmış müəssisə, idarə və şirkətlərindən olan iqtisadçılar da iştirak ediblər.

Xəbər lenti