Logo

Məşhur rəssam vəfat edib

01.07.2022 09:51 314 baxış
IMG

Məşhur amerikalı rəssamı Marqaret Kin vəfat edib.

Tehsil.biz xəbər verir ki, rəssam 94 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Marqaretin həyat yoldaşı Uolter Kin uzun müddət onun əsərlərini öz adından təqdim edib. Məlum olub ki, həyat yoldaşı Marqareti gündə 16 saat işlədib. Hətta evdə olmayanda da ona zəng edərək təzyiq göstərib. Rəssam daha sonra ərindən boşanaraq 1986-cı ildə onu məhkəməyə verib. O, bununla rəsmlərin əsl sahibinin özü olduğunu sübut edib.

Rejissor Tim Börton 2014-cü ildə “İri gözlər” bioqrafiya filmində Marqaretin həyat hekayəsini canlandırıb.

Xəbər lenti