Logo

Avtomobil 10 yaşlı uşağa ağır xəsarət yetirib

01.07.2022 09:24 399 baxış
IMG

Qazaxda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Heydərli Yeganə Ramil qızını vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti