Logo

“BMU-İNHA İkili Diplom Proqramı mənim üçün parlaq gələcəyin açarıdır”

30.06.2022 23:11 412 baxış
IMG

“Düşünürəm ki, BMU-İNHA İkili Diplom Proqramı mənim üçün parlaq gələcəyin açarıdır”.

Tehsil.biz xəbər verir ki, bu fikri proqramın 2021/2022-ci tədris ili qəbulu üzrə “Elektrik mühəndisliyi” ixtisasının I kurs tələbəsi Rauf Həşimli bildirib.

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universitetinin birgə icra etdiyi proqramla bağlı təəsüratlarını bölüşən tələbə əsas üstünlüklər sırasında Koreya dilinin tədrisini vurğulayıb: “Bu dilin mənimsənilməsi gələcəkdə Koreyanın böyük şirkətlərində çalışmaq üçün geniş imkanlar yaradacaq”.

Proqram üzrə çox sevdiyi fənlərə də toxunan R.Həşimli bildirib ki, “Proqramlaşdırmanın əsasları” fənni bu sırada ilk yeri tutur: ”BMU-da bu fənn bizə ən yeni texnologiylarla tədris olunur. Mənim gələcək tələbələrə tövsiyəm odur ki, siz BMU-İNHA İkili Diplom Proqramını seçməklə, həm əm yüksək səviyyədə təhsil ala bilər, həm də bütün mənalarda digər abituuriyentlərdən fərqlənə bilərsiniz”.

Qeyd edək ki, proqramla bağlı daha geniş informasiyanı https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linkinə daxil olaraq əldə etmək mümkündür.

Xəbər lenti