Logo

BDU-nun Şərqşünaslıq fakültəsində Qazaxıstanın Yessenov Universiteti ilə əməkdaşlığa dair müzakirələr aparılıb

30.06.2022 20:08 330 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Qazaxıstanın Yessenov Universitetinin Turizm və dil fakültəsinin Qazax dili və ədəbiyyatı kafedrasının professoru Bibiayşə Nurdouletova, “Mangistau TV” kanalının müxbiri Aissara Nurzxanova, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Beynəlxalq əlaqələr və təhsil şöbəsinin müdiri Səfər Aşurov və Numizmatika və epiqrafika şöbəsinin müdiri elmi katib Akif Quliyevlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan BDU-nun və Şərqşünaslıq fakültəsinin tarixi haqqında ətraflı məlumat verib, həyata keçirilən elmi yeniliklər barədə danışıb.

Sonra universitetlər və fakültələr arasında əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi, ortaq tədqiqat işlərinin aparılması, birgə elmi seminarların, ustad dərslərinin, onlayn dərslərin təşkili, layihələrin həyata keçirilməsi, xüsusilə də türk dilinin tədrisində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Görüş iştirakçıları şərqşünaslıq sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər.

Xəbər lenti