Logo

Bu gün ölkədə COVID-19-a yoluxma sayı qeydə alınıb?

30.06.2022 19:05 352 baxış
IMG

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Tehsil.biz xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 368 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.

Ölkədə son sutka ərzində 3 057, hazırkı dövrədək isə 6 964 085 test aparılıb.

 

Xəbər lenti