Logo

Böyük alim, akademik Cəlal Əliyevin xatirəsi anılıb - FOTO

30.06.2022 18:58 240 baxış
IMG

Bu gün böyük alim, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin anadan olmasının 94-cü ildönümüdür. Bu münasibətlə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova başda olmaqla, Cəlal Əliyev məktəbinin yetirmələri hər il olduğu kimi, müəllimlərinin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabanda olublar.

Tehsil.biz xəbər verir ki, əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə yanaşı, Botanika İnstitutunun, Mikrobiologiya İnstitutunun, Mərkəzi Nəbatat Bağının, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və digər təşkilatların əməkdaşları da Cəlal Əliyevin məzarını ziyarət edib, önünə əklillər və gül dəstələri qoyublar.

Xəbər lenti