Logo

ADNSU-nun rektoru Strasburqda yay məktəbində iştirak edəcək UFAZ tələbələri ilə görüşüb - FOTO

30.06.2022 17:58 333 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, Tələbələrə uğurlar arzulayan professor M.Babanlı onların ölkəmizi və universitetimizi layiqincə təmsil edəcəklərinə inandığını bildirib. Yay məktəbinin tələbələrə verəcəyi üstünlükləri qeyd edən rektor onlara tapşırıqları vaxtında yerinə yetirməyi tövsiyə edib.

Xatırladaq ki, UFAZ-ın 46 tələbəsi iyulun 3-dən 18-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək. Yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, eyni zamanda, Strasburq Universitetinin elmi-tədris laboratoriyalarında dərslər daxildir.

Proqramın mədəni hissəsinə məşhur abidələrə, beynəlxalq təşkilatlara ekskursiyalar daxildir. Yay məktəbində iştirak edən tələbələr akademik göstəricilərinə əsasən II və III kurslar arasından seçilib.

 

Xəbər lenti