Logo

BDU-nun Elmi Kitabxanası UNEC-də təlim-seminar keçirib

30.06.2022 17:09 310 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti, magistr və tədqiqatçıları üçün "Akademik bazalardan istifadə və nəşr imkanları" adlı təlim-seminar keçirib. Tədbiri giriş sözü ilə açan UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva Mərkəzin abunə olduğu akademik bazalar, beynəlxalq nəşrlər, elektron kitabxana resursları barədə məlumat verib.

Tehsil.biz xəbər verir ki, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova kitabxana işi sahəsində nüfuzlu beynəlxalq təşkilat və nəşriyyatlarla ali məktəb kitabxanaları arasında əməkdaşlığın qurulmasında BDU-nun Elmi Kitabxanasının fəaliyyəti barədə təqdimatla çıxış edib.

Az.KİK-in rəhbəri, EİFL.net və EBSCO-nun Azərbaycan üzrə təmsilçisi, BDU-nun Elmi Kitabxanasında şöbə müdiri Cəmilə Yusifova isə EBSCO və EİFL.net beynəlxalq konsorsiumunun xidmətləri, müxtəlif elm və tədris sahələri üzrə hazırlanmış jurnal, kitab, qəzet paketləri, iqtisadiyyatla bağlı xüsusi akademik jurnallar və onlardan istifadə qaydalarından bəhs edib.

Tədqiqatçılara EİFL.net-in innovativ xidmətlərindən, elmi araşdırmalar zamanı elektron resurslardan, tammətnli məqalələrdən, kitablardan istifadə etmək imkanlarından danışan növbəti təlimçi, ADA Universitetinin kitabxana sistemləri mühəndisi, EİFL.net-in “Open Access” üzrə koordinatoru İltifat İbrahimov jurnallarda məqalə nəşri, beynəlxalq bazalarda səmərəli axtarışın aparılması qaydalarını iştirakçılara əyani şəkildə təqdim edib.

Sonda təlimçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Xəbər lenti