Logo

Nazir: “Ağdam, Füzuli, Şuşada şagirdlərin inkişafı üçün xüsusi laboratoriyalar tikiləcək”

30.06.2022 16:42 195 baxış
IMG

“Növbəti tədris ilindən Zəngilanın Ağalı kəndinə şagirdlərimiz qayıdır”.

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiada qaliblərinin mükafatlandırılma mərasimində çıxışı zamanı deyib.

Nazir deyib ki, istər Ağdam, istər Füzuli, istərsə də Şuşada təhsil alacaq şagirdlərin inkişafı üçün xüsusi laboratoriyaların tikilməsi planlaşdırılır:

“Ümid edirik ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə təhsil alacaq şagirdlərimiz də belə olimpiadalarda iştirak edib, yüksək nəticələr əldə edəcəklər”.

Xəbər lenti