Logo

Respublika fənn olimpiada qalibləri mükafatlandırılıb

30.06.2022 16:31 299 baxış
IMG

ADA Universitetində Respublika fənn olimpiada qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, olimpiada qalibi olmuş şagirdlər və digər rəsmilər iştirak edir.

Nazir deyib ki, uzun illər idi ki, beynəlxalq olimpiadalarda informatikadan medallarımız olmurdu, lakin son 3 ildir şagirdlərimiz medallarla qayıdırlar:

"Ümumilikdə Azərbaycan komandaları beynəxalq olimpiadalarda Top-30, Top-40, Top-50-yə düşürlər. Beynəlxalq olimpiada qaliblərinin əksəriyyəti xarici ölkələrdə təhsillərini davam etdirirlər. Bunun da səbəbi çox sadədir. Çünki nüfuzlu universitetlər həmin şagirdlərə yüksək təqaüd və pulsuz təhsil təklif edirlər. Hər il 30 mindən artıq şagirdimiz olimpiadalarda iştirak edir".

Qeyd edək ki, respublika fənn olimpiadalarında 9-10-11-ci sinif şagirdləri və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri Azərbaycan və rus bölmələri olmaqla 8 fənn (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, biologiya, kimya, riyaziyyat, fizika, informatika) üzrə iştirak ediblər.

Cari ilin ilk yarısında start götürmüş Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi yanvar ayında, respublika mərhələsinin yarımfinal turu fevral və mart aylarında, final turu isə may ayında keçirilib. Olimpiadalarda cəmi 28 130 nəfər şagird iştirak edib. 6 minə yaxın şagird yarımfinal turunda iştirak edib. Final turuna 805 şagird keçib və onlardan 397-si qalib olub.

Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Xəbər lenti