Logo

UFAZ-ın 46 tələbəsi Fransada yay məktəbində iştirak edəcək

30.06.2022 12:49 309 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 46 tələbəsi iyulun 3-dən 18-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək.

Tehsil.biz xəbər verir ki, Yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, eyni zamanda, Strasburq Universitetinin elmi-tədris laboratoriyalarında dərslər daxildir. Yay məktəbində iştirak edəcək tələbələr akademik göstəricilərinə əsasən II və III kurslar arasından seçilib.

Xəbər lenti