Logo

TKT imtahanlarına qeydiyyat aparılır

30.06.2022 12:03 280 baxış
IMG

Dövlət İmtahan Mərkəzi TKT (Teaching Knowledge Test) imtahanlarına qeydiyyat elan edib.

Tehsil.biz xəbər verir ki, “Cambridge Assessment English” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının “TKT Modul 1”, “TKT Modul 2”, “TKT Modul 3”, “TKT Module YL” (azyaşlı öyrənənlər), “TKT Module CLIL” (dilin məzmunla inteqrativ tədrisi) üzrə imtahan təşkil edir.

İmtahan avqustun 20-də keçiriləcək. Qeydiyyat iyulun 7-dək aparılır.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi “Cambridge Assessment English” rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili üzrə qiymətləndirmə), “Cambridge English Teaching” (Kembric ingilis dili üzrə tədris) və LinguaSkill imtahanlarını təklif edir.

Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.

Xəbər lenti