Logo

Məktəblərdə forma seçimi ilə bağlı valideynlərə qarşı təzyiqlərə aydınlıq gətirilib

30.06.2022 10:42 415 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəblərdə valideynlərə forma seçimi ilə bağlı təzyiqlər olması məsələsinə münasibət bildirilib.

"Tehsil.biz"in məlumatına görə, Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qeyd edib ki, heç bir təzyiqdən söhbət gedə bilməz.

İdarə müdirinin sözlərinə görə, Nazirlər Kabinetinin qərarında məktəbli geyimlərinin forması, rəngləri qeyd edilib:

"Şagirdlərinin sağlamlığına, rahatlığına xidmət edən bir qərardır. Hər bir kəs qərarlara riayət etməlidirlər. Təhsil müəssisələri pedaqoji şuranın qərarı ilə 3 il müddətinə rəng seçə bilirlər. Başqa bir təzyiqdən söhbət gedə bilməz. Valideynlər əlbəttə ki, məktəbin qərarına riayət edərək, rəng seçiminə uyğun övladlarını geyimlə təmin etməlidirlər. Bu, şagirdlərimizin inkişafına müsbət təsir edəcək amildir. O səbəbdən mən düşünürəm ki, heç bir təzyiq olmadan bu istiqamətdə fəaliyyətə keçəcəyik. Olar bilər ki, tədris ilinin sonunda, ola bilər avqust ayında keçiriləcək pedaqoji şuralarda forma seçimi ilə bağlı qərar veriləcək".

Xəbər lenti