Logo

Peşə Təmayüllü Siniflərdə təhsil alan şagirdlər arasında müsabiqə keçirilir

17.01.2021 15:45 623 baxış
IMG

Təhsil aldığınız peşə ixtisasına uyğun hazırladığınız ən yaxşı əl işinin şəklini şərhdə bizimlə paylaşın, müsabiqədə iştirak edin. 


İştirak etmək üçün şərtlər:

 

- Öz hazırladığınız və ən yaxşı hesab etdiyiniz əl işinizi postun şərh hissəsində bizimlə paylaşın;

 

- Hazırladığınız əl işinin yanında ad, soyad və məktəbinizi vərəqə qeyd edib, əl işinin yanında yerləşdirin. 

 

- 1 şagird yalnız bir dəfə şəkil yerləşdirə bilər;

 

- İştirakçı olmaq üçün səhifəni bəyənməlisiniz.


Müsabiqədə ən çox bəyənmə gələn 3 nəfər şagirdin əl işi qalib seçiləcək. 


1-ci yer 100 AZN, 
2-ci yer 70 AZN, 
3-cü yerin qalibi isə 40 AZN dəyərində öz peşə ixtisaslarına uyğun hədiyyə paketi təqdim ediləcək. 


Müsabiqə 25 yanvar 12:00-dək davam edir. Qaliblərin adları müsabiqə postunun şərh hissəsində elan ediləcək. 


Xatırladaq ki, müsabiqə yalnız "Peşə Təmayüllü Siniflər"-in şagirdləri arasında keçirilir.

Xəbər lenti