Logo

UNEC-də təlim: Akademik bazalardan istifadə və nəşr imkanları - FOTO

30.06.2022 00:23 413 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Akademik bazalardan istifadə və nəşr imkanları” adlı təlim-seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə professor-müəllim heyəti, tələbə və tədqiqatçılar iştirak ediblər.

Təlimdə UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva Mərkəzin abunə olduğu akademik bazalar, beynəlxalq nəşrlər, elektron kitabxanada yerləşdirilən Azərbaycan, türk, ingilis və rus dillərində resurslar barədə məlumat verib.

Sonra BDU-nun Elmi kitabxanasının direktoru Nigar İsmayılova Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun fəaliyyəti, universitetlərlə birgə görülən işlər, UNEC-in abunə olduğu bazalar və “EBSCO” elektron məlumat bazası ilə olan əməkdaşlıq haqqında təqdimatla çıxış edib.

“EBSCO”nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova bu qurumun universitetlər üçün yaratdığı imkanlar, ixtisaslara uyğun olaraq hazırlanmış jurnal, kitab paketləri, iqtisadiyyatla bağlı xüsusi akademik nəşrlər və onlardan istifadə qaydalarından bəhs edib.

ADA Universitetinin kitabxana sistemləri mühəndisi “EİFL.net”in “Open Access” koordinatoru İltifat İbrahimov tədqiqatçılara beynəlxalq konsorsium olan “EİFL.net”in fəaliyyətindən danışıb. Eyni zamanda, “Open Access” jurnallarında məqalə nəşrinin qaydalarını, beynəlxalq bazalarda səmərəli axtarışın aparılmasını iştirakçılara əyani şəkildə göstərib.

Xəbər lenti