Logo

Sumqayıt Dövlət Universitetində Məzun Günü keçirilib - FOTOLAR

29.06.2022 23:16 331 baxış
IMG

İyunun 29-da Sumqayıt Dövlət Universitetində Məzun Günü qeyd edilib. 

Tehsil.biz xəbər verir ki, Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov,  universitetin rektoru Elxan Hüseynov, professor- müəllim heyəti, məzun tələbələr və digər qonaqlar  iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsi ziyarət edilib və önünə gül dəstələri düzülüb,  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə  təhsil nazirinin müavini Firudin Qurbanov  çıxış edərək son illərdə Sumqayıt Dövlət Universitetinin fəaliyyətində yeniliklər və müsbət dəyişikliklər müşahidə edildiyini diqqətə çatdırıb.  Firudin Qurbanov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda elmin, ali təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər Sumqayıt Dövlət Universitetinin də fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına və inkişafına böyük zəmin yaradıb.   

Nazir müavini çıxışının sonunda tələbələri təbrik edib və məzunlara Vətən üçün layiqli, savadlı vətəndaşlar olmalarını tövsiyə edib.

Daha sonra universitetin rektoru Elxan Hüseynov çıxış edərək məzun tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, 60 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Universitetində tədris prosesi müasir tələblərə uyğun olaraq həyata keçirilir. Son illərdə sözügedən təhsil ocağında bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yeni ixtisaslar açılıb. Bütün bu işlər savadlı kadrların yetişdirilməsinə, gənclərin vətənpərvərlik və sağlam ruhda tərbiyəsinə xidmət edir.

Sonra elm və təhsildə, universitetin ictimai və mədəni həyatında fərqlənən məzunlara Fəxri Fərman,  mükafat və hədiyyələr təqdim olunub. 

Təqdimatdan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək məzunları təbrik edib və onlara uğurlar arzulayıb. İcra başçısı çıxışında Sumqayıt Dövlət Universitetinin bir qrup məzununun şəhərdə işlə təmin olunmasına şərait yaradılacağını diqqətə çatdırıb, universitetin bir qrup müəllimini səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib.

Tədbir konsert proqramı ilə davam etdirilib.

 

Xəbər lenti