Logo

Zaqatala rayon təhsil sektorunun müdiri kollektivə təqdim olunub

29.06.2022 20:09 529 baxış
IMG

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektoruna müdir vəzifəsinə təyin olunmuş Kəmalə Əhmədova rayonun təhsil ictimaiyyətinə təqdim olunub. 

Tehsil.biz xəbər verir ki, təqdimatda Regional İdarənin müdir müavini Günay Mahmudova, sektorun işçiləri və məktəb direktorları iştirak ediblər

Təqdimatın sonunda 9-cu siniflər üzrə buraxılış imtahanında 298 bal toplayaraq respublika üzrə birinci olan Zaqatala şəhər Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü liseyin şagirdi Əziz Rəşidova Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri müavini Günay Mahmudova tərəfindən hədiyyə təqdim olunub.

Xəbər lenti