Logo

Azərbaycan Dillər Universitetində əlavə təhsilə qəbul başlanır

29.06.2022 18:31 398 baxış
IMG

2022/2023-cü tədris ilində Azərbaycan Dillər Universiteti (ADU) müsabiqə yolu ilə təkrar ali təhsilə (pedaqoji ixtisaslardan başqa) tələbə qəbulu elan edib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan məlumat verilib.

Bildirilib ki, sənədlər avqustun 10-dək (istirahət günlərindən başqa) saat 10:00-15:00-a kimi 3 saylı tədris binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 81, III mərtəbə, otaq 308) qəbul ediləcək. Tələb edilən sənədlərlə ADU-nun saytında tanış olmaq mümkündür.

Xəbər lenti