Logo

BDU-nun "Məzun günü" keçirilir - FOTOLAR

29.06.2022 18:09 205 baxış
IMG

Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin "Məzun günü" keçirilir.

Tehsil.biz xəbər verir ki, tədbirdə təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, millət vəkilləri, universitet rəhbərliyi, müəllim və məzunlar iştirak edir.

BDU-nun rektoru Elçin Babayev universitetin fəaliyyətindən, son illərdə görülən işlərdən danışıb, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində BDU-nu ümumilikdə 4 min 964 tələbə bitirir. Həmin tələbələrdən 4 min 120-si bakalavriat, 844-ü isə magistratura pilləsində təhsil alıb. Məzunların 67 faizi qızlar, 33 faizi isə oğlanlardır.

Xəbər lenti