Logo

TKTA-nın nümayəndə heyəti Böyük Britaniyada forumda iştirak edib

29.06.2022 17:47 94 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndə heyəti Böyük Britaniyanın Kardiff şəhərində işgüzar səfərdə olub.

Bu barədə "Tehsil.biz"ə TKTA-dan məlumat verilib.

Bildirilib ki, TKTA-nı təmsil edən Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının üzvlərinin forumunda iştirak edib. 32 ölkədən 100-dən artıq iştirakçının qatıldığı forumda ali təhsildə keyfiyyət təminatının inkişafı, cari çağırışlar və gələcək müştərək layihələr müzakirə edilib.

Səfər çərçivəsində Böyük Britaniyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyi və digər ölkələrdən olan qurumlar ilə TKTA-nın mövcud əməkdaşlığı çərçivəsində həyata keçiriləcək layihələr barədə müzakirələr aparılıb.

Xəbər lenti