Logo

Çexiyanın Liberec Texniki Universitetinin professoru AzTU-da - FOTO

29.06.2022 17:24 310 baxış
IMG

Çexiyanın Liberec Texniki Universitetinin Maşınqayırma fakültəsinin Elektrik avadanlıqları kafedrasının professoru Karel Frana “Erasmus+” KA1 proqramı çərçivəsində Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.

Tehsil.biz xəbər verir ki, səfər çərçivəsində Karel Frana AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə universitetlərarası əməkdaşlığın mühüm nəticələri qeyd olunub. Universitetlər arasında imzalanmış müqaviləyə uyğun olaraq enerji və maşınqayırma sahələrində yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb, birgə elmi-tədqiqatların aparılmasının vacibliyi qeyd olunub. Bildirilib ki, yaxın zamanda iki universitet arasında yeni əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər hazırlanılacaq.

Qeyd edək ki, professor Frananın AzTU-ya səfəri çərçivəsində Maşınqayırma və robototexnika, həmçinin Metallurgiya və materialşünaslıq fakültələrinin professor və müəllim heyəti ilə də görüşləri nəzərdə tutulub.

Xəbər lenti