Logo

AzTU-nun şəhid məzunlarının doğum günüdür

29.06.2022 17:17 338 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları - Kamran İsgəndərli və Cavid Bayramovun doğum günüdür.

Tehsil.biz xəbər verir ki, Kamran İsgəndərli 1997-ci il iyunun 29-da Cəlilabad rayonunda anadan olub. N. Gəncəvi adına 1 saylı məktəbdə orta təhsil alıb. 2015-2019-cu illərdə AzTU-da İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasına yiyələnib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 21 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub.  Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Cavid Bayramov 1997-ci il iyunun 29-da Bakıda anadan olub. Orta təhsilini Bakı şəhər 93 saylı məktəbdə alıb.  2014-2018-ci illərdə AzTU-da Nəqliyyat və logistika fakültəsinin Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisasına yiyələnib. Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Cavid Bayramov 2020-ci ilin oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra ''Vətən uğurunda'' və ''Cəbrayılın azad olunmasına görə'' medalları ilə təltif olunub. 

Xəbər lenti