Logo

Sabah “Yay məktəbi” başa çatır

29.06.2022 16:51 341 baxış
IMG

İyunun 30-da Azərbaycanın ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla təşkil edilən “Yay məktəbi” başa çatır.

Tehsil.biz xəbər verir ki, iyunun 16-dan başlayan “Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər həyata keçirilib.

Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar verilib, bölmələr üzrə ümumiləşdirmələr aparılıb, kompleks mövzular üzrə tapşırıqlar işlənilib.

Qeyd edək ki, “Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi olub.

Xəbər lenti