Logo

Avropa çempionatından 3 qızıl medal

29.06.2022 15:40 330 baxış
IMG

Xorvatiyanın Poreç şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilib. 

Tehsil.biz xəbər verir ki, yeniyetmələrdən ibarət milli yığma komandanın tərkibində çıxış edən Təhsil Nazirliyinin 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Nizami İmranov (60 kq), Fidan Əlizadə (57 kq), 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Şahin Oruczadə (55 kq) I yeri, həmin liseyin idmançıları Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev (66 kq), Əli Hacızadə (73 kq) III yeri tutub. 

40 ölkə, 428 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 3 qızıl, 1 gümüş, 4 bürünc medal qazanaraq medal sayına görə birinci yerə, komanda hesabında isə üçüncü yerə çıxıb.

Qeyd edək ki, Azərbaycan yığma komandası Avropa çempionatında 14 nəfər idmançı ilə təmsil olunub.

Onlardan 10 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələridir.

Xəbər lenti