Logo

Aİİ-də antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub

29.06.2022 15:30 327 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar “Zərərli vərdişlərlə mübarizədə Qurani-Kərimin təqdim etdiyi həll yolu” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, Aİİ Dillər və ictimai fənlər kafedrasının müəllimi, dosent Elvüsal Məmmədov çıxışında zərərli vərdişlərin getdikcə artan təhlükəsinə toxunub, Qurani-Kərimin bu problemin həllində təqdim etdiyi çıxış yollarından danışıb. O, qeyd edib ki, mücərrəd-nəzəri biliklər əsasında problemi həll etmək mümkün deyildir. Bu baxımdan, Quran ayələrində bu cür məsələlərə kompleks baxış mövcuddur, çünki natamam və məhdud yanaşma səmərə vermir: “Əlaqədar ayələrin təhlili göstərir ki, zərərli vərdişlərlə mübarizədə Quran nöqteyi-nəzəri maarifləndirmə, yaxşı ilə pisin müqayisəsi, məhdudlaşdırma və qadağa ardıcıllığını əsas götürür. Bu baxımdan, Qurani-Kərimin zərərli vərdişlərlə mübarizə üsuluna tədricilik, ardıcıllıq və mərhələlilik xasdır”.

E.Məmmədov vurğulayıb ki, Quran bu cür vərdişlərin inzibati, yaxud mexaniki formada qadağan edilməsinə deyil, onlardan qənaətbəxş inandırma ilə meydana gələn daxili istək əsasında imtina prinsipinə üstünlük verir.

Seminar müzakirələrlə davam edib.

Xəbər lenti