Logo

MDU 2022/2023-cü tədris ili üçün magistratura səviyyəsinə qəbul elan edir

29.06.2022 15:23 350 baxış
IMG

Mingəçevir Dövlət Universiteti (MDU) 2022/2023-cü tədris ili üçün magistratura səviyyəsinə 15 ixtisas üzrə qəbul elan edir.

Tehsil.biz xəbər verir ki, namizədlər 2022-ci ilin 29 iyun tarixindən 5 iyul tarixinədək Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ixtisas seçimi müsabiqəsində iştirak edə bilərlər.

Ətraflı məlumat əldə etmək və yaranabiləcək sualların cavablandırılması üçün “[email protected]” elektron poçt ünvanı, (+994 24) 275 8549 və (+994 51) 642 2372 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

MDU-da qəbul aparılan ixtisasların siyahısı:

1

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

 

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

2

Xarici dil müəllimliyi (dillər üzrə)

 

Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili)

3

Riyaziyyat müəllimliyi

 

Riyaziyyatın tədrisi metodikası və metodologiyası

4

Tarix müəllimliyi

 

Tarix fənninin tədrisi metodikası və metodologiyası

5

İnformatika müəllimliyi

 

İnformatika fənninin tədrisi metodikası və metodologiyası

6

İbtidai sinif müəllimliyi

 

İbtidai sinifdə tədrisin metodika və metodologiyası

7

İqtisadiyyat

 

İqtisadiyyatın tənzimlənməsi

8

Sənayenin təşkili və iadrə edilməsi

 

İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə)

9

Biznesin idarə edilməsi

 

Biznesin təşkili və idarə edilməsi

10

Dövlət və bələdiyyə idarəetməsi

 

Regional idarəetmə

11

Elektroenergetika mühəndisliyi

 

Elektroenergetika

12

İstilik energetikası mühəndisliyi

 

İstilik elektrik stansiyaları

13

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

 

Yol hərəkətinin təşkili və təhlükəsizliyi

14

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

 

İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri

15

Ekologiya mühəndisliyi

 

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması

Xəbər lenti