Logo

Zaqatalada külək məktəbin dam örtüyünü uçurub, sinif otaqlarını su basıb

29.06.2022 14:06 128 baxış
IMG

Zaqatala rayonunda külək məktəbin dam örtüyünü uçurub.

“Report”un məlumatına görə, bu gün səhər saatlarında Zaqatala rayonu ərazisində əsən güclü külək nəticəsində Yuxarı Çardaqlar kənd tam orta məktəbinin dam örtüyü uçub.

Məktəbin bəzi sinif otaqlarına yağış suları dolub.

Qeyd edək ki, külək rayonun Muxax kəndində fərdi yaşayış evinin də dam örtüyünü də uçurub.

Xəbər lenti