Logo

ASAPES-in nümayəndə heyəti “Old Trafford”da olub - FOTOLAR

28.06.2022 20:19 94 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “İdman jurnalistikası” magistr proqramının tələbələri və Akademiyanın İdman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov İngiltərənin 2-ci ən böyük stadionu, “Mançester Yunayted” klubunun ev oyunlarını keçirdiyi “Old Trafford”da səfər ediblər.

Tehsil.biz xəbər verir ki, tələbələr “Arzular teatrı”nda (Theatre of Dreams) dünyaca məşhur klubun qazandığı kubokları, oyun formalarını və futbolçuların tarixi çıxışlarını əks etdirən fotostendi izləyib, mətbuat konfransı zalı və media tribunasında jurnalistlərin işlərinin tənzimlənmə qaydası, ehtiyat oyunçular üçün ayrılmış zonalar, stadionun tribunalarının funksiyası haqqında məlumatlandırılıblar.

Magistrantlar “Mançester Yunayted”in Kommunikasiya meneceri Maykl Qibson ilə də görüşüblər. Görüş zamanı klub rəsmisi tələbələrə klubun kommunikasiya işlərinin necə idarə olunması haqda danışıb, onları maraqlandıran sualları cavablandırıb, həmçinin klubun gələcək oyunlarında media nümayəndəsi qismində iştirak etmək yollarını izah edib.

Qeyd edək ki, “İdman sahibkarlığı” modulunu tədris edən Ceyms Tukerin rəhbərlik etdiyi səfərə ixtisasın müəllimlərindən olan Daniel Fletçer də qoşulub.

Xəbər lenti