Logo

İmkansızlıqdan təhsil ala bilməyən tələbənin təhsil xərcləri ödənilib - FOTO

28.06.2022 20:04 459 baxış
IMG

Yüksək nəticə göstərərək Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olunan azərbaycanlı tələbə Ranal Qurbanovun iki ildir, imkansızlıq səbəbindən təhsilinə başlaya bilməməsi haqda xəbər vermişdik.

"Tehsil.biz"in məlumatına görə, Ranal Qurbanovun təhsil xərcləri ödənilib. O, bu barədə feysbuk hesabında yazıb:

"Artıq bir neçə şəxs mənə təhsil haqqımın tamamını ödəniləcəyinə söz verdi! Bunların hamısı sizin sayənizdə oldu. Hər zaman belə həmrəy olaq və bir-birimizə dəstək olaq. Mən Amerikada da bir il yaşamışam və əminliklə söyləyə bilərəm ki, bu gözəl xüsusiyyət yalnız bizim xalqa məxsusdur! Minnətdarlığımı sözlərlə ifadə edə bilmirəm. İnşallah, mənim təhsil almağıma imkan yaradan xalqa layiqli həkim olaram. Hamınıza həddindən artıq minnətdaram", - deyə R.Qurbanov bildirib.

Xəbər lenti