Logo

Mədəniyyət naziri vətəndaşları qəbul edəcək

28.06.2022 19:28 272 baxış
IMG

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin iyul ayının 21-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (Ünvan: Qəbələ rayonu, Həzi Aslanov küçəsi 12) Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar 17 iyul 2022-ci tarixinə qədər nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və  “Whatsapp” xidmətinə  (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Xəbər lenti