Logo

"Təhsildə rüşvət baş alıb gedir” - Şahlar Əsgərov

28.06.2022 17:19 380 baxış
IMG

Xəbər verdiyimiz kimi, Kəlbəcərin 6 məktəbində direktor müavinləri vəzifələrindən azad edilib. Buna səbəb həmin şəxslərin ali təhsilli olmamalarıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, professor Şahlar Əsgərov bildirdi ki, bu kimi hallar yalnız Kəlbəcərdə yaşanmır:

“İstənilən qonşu rayona gedək, bu barədə maraqlanaq. Görərsiniz ki, hər yerdə bu kimi özbaşınalıqlar var”.

Professor qeyd edib ki, diplomu olmayan şəxslərin vəzifəyə gəlməsi, əslində hər kəsə məlum olan səbəblərdir.

“Bu insanlar dostluq, tanışlıq, lazım olanda isə rüşvət vasitəsi ilə həmin yerlərə gətirilir. Mən 20 ildir, deməkdən yoruldum, təhsildə rüşvət baş alıb gedir”, - deyə Şahlar Əsgərov qeyd edib.

Xəbər lenti