Logo

ADPU və Türkiyənin Ted universiteti arasında memorandum imzalanıb

28.06.2022 16:08 292 baxış
IMG

İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ted Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, Ted Universitetini isə rektor professor İhsan Sabuncuoğlu, professor Kemal Levend Parnas və başqaları təmsil ediblər.

Görüşdə tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında məlumat verərək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Rektorlar C.Cəfərov və İ.Sabuncuoğlu universitetlər arasında əməkdaşlığa dair memorandum imzalayıblar.

Sonra rektor C.Cəfərov Ted Universitetinin nümayəndə heyətini universitetlə tanış edib.

Xəbər lenti