Logo

Təhsil naziri Mingəçevirdə vətəndaşları qəbul edib - FOTOLAR

28.06.2022 12:21 255 baxış
IMG

İyunun 28-də təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında qeydiyyatda olan sakinlər, eləcə də qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Tehsil.biz xəbər verir ki, Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin köçürülməsi,  təhsil haqqı, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir qəbula yazılmış  vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

 

Xəbər lenti