Logo

UFAZ-da Frankofon Karyera Mərkəzinin açılışı olub

28.06.2022 11:24 280 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Bakı Frankofon Karyera Mərkəzinin açılışı olub.

Tehsil.biz xəbər verir ki, Açılış mərasimində ADNSU-nun rektoru professor Mustafa Babanlı yeni yaradılan karyera mərkəzinin UFAZ tələbələri üçün daha geniş imkanlar, əməkdaşlıq əlaqələri açacağına ümidvar olduğunu bildirib.

Frankofon Universitetlər Agentliyinin (AUF) Mərkəzi və Şərqi Avropa üzrə Regional direktoru Mohamed Ketata Azərbaycanda ilk belə bir karyera mərkəzinin açılışının strateji əhəmiyyətindən danışıb və mərkəzin UFAZ tələbə və məzunları üçün yeni imkanlar yaradacağını qeyd edib.

Tədbirdə, həmçinin Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət işləri üzrə müşaviri Jerome Kelle və digər tərəfdaşlar iştirak ediblər.

Qeyd edək ki, AUF yeni strategiyasına uyğun olaraq dünya üzrə 50 frankofon karyera mərkəzi yaratmaq məqsədini qarşısına qoyub və belə mərkəzlərdən biri Bakıda açılıb. Bu mərkəz həm UFAZ, həm də digər universitetlərdə təhsil alan fransızdilli tələbələrin şəxsi inkişaf və karyerası məsələlərində onlara dəstək olacaq.

UFAZ və ADNSU 2019-cu ildən 120-dən çox ölkədə 1000-dən artıq universiteti özündə birləşdirən AUF ilə əməkdaşlıq edir və 2019-cu ildən təşkilatın tam hüquqlu üzvüdürlər.

Xəbər lenti