Logo

“Girls Talk” layihəsinin növbəti görüşü baş tutub

28.06.2022 11:15 111 baxış
IMG

Təhsil Nazirliyi və  Azərbaycan-Britaniya Məzunları Birliyinin ( AUKAA) birgə əməkdaşlığı nəticəsində "2007-2015 Dövlət Proqramı" məzunun təlim töhfəsinə uyğun olaraq keçirilən “Girls Talk” layihəsinin növbəti görüşü baş tutub.

Tehsil.biz
xəbər verir ki, Görüşdə spiker qismində “2007-2015 Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın “University of Essex” ali təhsil müəssisəsində “Bioloji elmlər-Molekulyar tibb” ixtisası üzrə magistratura təhsili almış və hazırda Azərbaycan Qida təhlükəsizliyi İnstitutu, Elmi Araşdırmalar departmentinin müdiri olaraq fəalliyyət göstərən Nərmin Axundova iştirak edib. Vebinarda ölkənin müxtəlif regionlarından 100-ə yaxın qız şagird iştirak edib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki,  layihənin əsas məqsədi uğurlu Azərbaycan xanımlarının, eyni zamanda "2007-2015 Dövlət Proqramı"nın xanım məzunları ilə 12-18 yaş arası məktəbli qızlarının görüşünü təşkil etmək, onları düzgün ixtisas və peşə seçimində motivasiya etmək, uğurlu təhsil və karyara imkanları barədə məlumatlandırmaqdır.

Xəbər lenti