Logo

İnformasiya sistemləri “Hökumət buludu”na keçəcək

28.06.2022 11:07 322 baxış
IMG

Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi genişləndirilib.

Tehsil.biz xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarında əksini tapıb.

Qərara əsasən, “Elektron prokurorluq” informasiya sistemi Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin siyahısına əlavə olunub.

Eyni zamanda “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınan əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”na “Elektron prokurorluq” informasiya sistemi əlavə edilib.

Həmçinin, Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na Azərbaycan Respublikasının Baş Prokurorluğu da əlavə edilib. Bununla da Azərbaycanda informasiya sistemləri və ehtiyatları mərhələli “Hökumət buludu”na keçəcək dövlət qurumlarının sayı 91-ə çatıb.

Xəbər lenti