Logo

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda dərc edilib

28.06.2022 10:21 220 baxış
IMG

COVID-19 pandemiyası dövründə iltihabı bağırsaq xəstəlikləri ilə əlaqədar Qara dəniz ölkələrinin təcrübəsini əks etdirən məqalə impakt faktorlu “Gastroenterology” jurnalında yer alıb.

Tehsil.biz xəbər verir ki, bu çoxmərkəzli tədqiqatda Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, akademiyanın müxbir üzvü Nuru Bayramovla yanaşı, ölkəmizin digər həkimləri də aktiv iştirak ediblər.

N.Bayramov ölkəmizin həkim və alimlərinin bu kimi beynəlxalq elmi tədqiqatlarda önə çıxmalarını əlamətdar hadisə kimi qiymətləndirib.

Qeyd edək ki, jurnalın impakt faktoru 1.852-yə bərabərdir.

Xəbər lenti