Logo

Azərbaycan Universitetində növbəti “Karyera Günü” keçirilib - Fotolar

28.06.2022 09:50 312 baxış
IMG

Azərbaycan Universitetinin ənənəvi “Karyera Günü” pandemiya səbəbilə verilən 2 illik fasilənin ardından növbəti dəfə təşkil olunub. 

Tehsil.biz xəbər verir ki, “Karyerada ilk addım” şüarı ilə altıncısı keçirilən tədbirdə müxtəlif profilli şirkət, idarə və müəssisələr, dövlət orqanları, təhsil müəssisələri və digər bu kimi qurumlar məzuniyyətin astanasında olan IV kurs tələbələrinə və digər iştirakçılara öz vakansiyalarını, təcrübə və tələbələr üçün nəzərdə tutulan müxtəlif proqramlarını təqdim ediblər.

Tədbirdə iştirak edən şirkət nümayəndələri və insan resursları üzrə menecerlər iştirakçıların işə müraciət və təcrübə keçmək üçün doldurduqları anketləri və hazırladıqları CV-ləri qəbul edib, onlara iş üçün müraciət qaydaları, düzgün CV hazırlanması, iş müsahibələrinə hazırlaşma, özünü təqdimetmə üsulları haqqında məsləhət və tövsiyələrini veriblər.  

Tədbirin məqsədi yuxarı kurs tələbələri və məzunlara müvafiq platforma təqdim etməklə onların iş dünyasına çıxışının dəstəklənməsi və gənclərin məşğulluq probleminin həllinə kömək göstərilməsidir.

İş dünyasının aparıcı şirkətləri ilə birbaşa təmasda olan tələbə və məzunlar özəl sektor və dövlət qurumlarında işə qəbul prosesinin qaydaları və mərhələləri ilə tanış olub, suallarını insan resursları departamentinin nümayəndələrinə ünvanlama imkanı əldə ediblər.




Xəbər lenti