Logo

“Psixi durumu yerində olmayan bir qeyri- ixtisas sahibinin təhsildə nə işi var?!”

27.06.2022 23:10 862 baxış
IMG

“Dəhşətə diqqət edin: qadın direktora böhtan atırlar. Belə bir adam Gəncə-Daşkəsən Regional təhsil idarəsinə rəhbər təyin olunub. İntriqa, qarşıdurma yaratmaqla məşğuldur”.

Tehsil.biz xəbər verir ki, bunu deputat Etibar Əliyev bildirib.

“Anar Qədimalıyev Goranboy rayonu Dəliməmmədli şəhər məktəbinin direktoru Gültəkin Cəfərovanın üzərinə hücum çəkərək kollektivin qarşısında onu ağır ifadələrlə təhqir edib. Gəncədə 44 nömrəli məktəbdə tədris mühitini iflic vəziyyətinə salıb. Psixi durumu yerində olmayan bir qeyri- ixtisas sahibinin (aqronom) təhsildə nə işi var?!” – E.Əliyev qeyd edib.

Xəbər lenti