Logo

Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular

27.06.2022 17:51 423 baxış
IMG

Azərbaycan məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunmuş mahnı ifa etdirilib.

Tehsil.biz Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə videonu “Turan Tim” “Telegram” kanalı yayıb.

İlkin məlumata görə, video Yevlax rayonundakı məktəblərin birində çəkilib.

Videodan görünür ki, müəllim şagirdlərə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnsını ifa etdirir. Videoda müəllimin hicablı olması və Azərbaycan bayrağının yanlış asılması da diqqəti çəkib.

Sosial şəbəkə istifadəçiləri müəllimin öz dini görüşlərini şagirdlər arasında təbliğ etməsinin yanlış olduğunu bildirib və buna etiraz ediblər.

Xəbər lenti