Logo

İntihara cəhd edən direktor: “Kişi olsunlar, məni ucuz yalanlarla şərləməsinlər”

27.06.2022 16:38 546 baxış
IMG

"Mən uzun illərdir ki, pedoqoji fəaliyyətlə məşğulam. Direktor kimi ağlıma da gətirməzdim ki, nə zamansa rəhbərliyimin təzyiqlərindən, Anar Qədimalıyevin özbaşına davranışlarından bezib intihara cəhd edə bilərəm. Təəssüf ki, bu olay artıq baş verib. Araşdırma aparılır və bu barədə çox danışmaq istəmirəm. Sadəcə, Regional Təhsil İdarəsinin yaydığı o iftiraya görə deyim ki, "kişi olsunlar, məni ucuz yalanlarla şərləməsinlər".

Tehsil.biz xəbər verir ki, bu sözləri Demokratik.Az saytına qısa açıqlamasında Gəncə şəhəri 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayeva deyib. Məktəb direktoru onu intihara sövq edən səbəblərə dair qarşı tərəfin yaydığı rəsmi açıqlamanı təkzib edərək bildirib:

"Anar Qədimalıyevin rəhbərlik etdiyi təhsil idarəsi səhvlərini gizlətmək üçün bildiriblər ki, guya məktəbimizin sabiq ingilis dili müəlliminin biri xarici ölkədə yaşayıb. Ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əməkhaqqı köçürülüb, habelə 04 aprel tarixində işdən azad edilib. Və guya yerli araşdırma nəticəsində bu məlumat təsdiqini tapıb. Guya həmin müəllimin də dərs saatları müvafiq müəllimlər arasında bölünməsi barədə əmrim düzgün olmayıb. Ona görə də intihara cəhd etmişəm. Ağ yalandır, buna hansı ağlı başında olan biri inanar?

Qarayeva əlavə edib: "Bildirirəm ki, deyilən müəllim bu ilin yanvarından analıq məzuniyyətinə buraxılıb və müəllimlə məktəb arasındakı müvafiq əmək müqaviləsinin xitam olunduğu tarixədək (04 aprel 2022) ona heç bir əməkhaqqı yazılmayıb, tabelə imza atılmayıb. Belə özbaşınalığı etmək mümkünsüzdür, özləri bu işlərə nəzarət edirlər. Bu vəziyyətimdə mənə və məktəbə qarşı belə bayağı yalanı səsləndirməyi, bir qadını şərləməyi özlərinə necə sığışdırırlar?!"- sitatın sonu.

Xəbər lenti