Logo

Xızıda "Yay fest" adlı tədbir keçiriləcək

27.06.2022 10:52 433 baxış
IMG

İyunun 30-da Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə "Yay məktəbi"nin yekununa həsr olunmuş "Yay fest" adlı tədbir keçiriləcək. 

Tehsil.biz xəbər verir ki, tədbir Xızı şəhər Heydər Əliyev parkında təşkil olunacaq.

Açıq səma altında keçiriləcək tədbirdə Sumqayıt şəhər, Abşeron və Xızı rayonlarının şagirdləri və təhsil işçiləri, həmçinin müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.

Sumqayıt-Abşeron-Xızı məktəblilərinin birgə intellektual və əyləncə proqramı çərçivəsində rəqs, muğam nömrələri, rəsm, əl və toxuculuq işlərinin sərgisi, interaktiv dərslər və fəaliyyətlər, bacarıqlı əllər, bədii gimnastikanın təqdimatı, ekoloji-tərbiyəvi  tədbirlər, idman yarışları, peşəyönümü ilə bağlı fəaliyyətlər, məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirən öyrədici oyunlar nümayiş etdiriləcək.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin "Yay məktəbi" zamanı əldə etdikləri bilikləri nümayiş etdirmək, onların intellektual və yaradıcı bacarıqlarını möhkəmləndirmək və asudə vaxtlarını səmərəli keçirmələrini aşılamaqdır.

Xəbər lenti