Logo

Bakıda “İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTOLAR

26.06.2022 22:12 587 baxış
IMG

İyunun 24-25-də Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr olunmuş “İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransın təşkilində əsas məqsəd idmanın inkişafında son elmi nailiyyətlərin birgə müzakirəsi və təcrübə mübadiləsi olub.

Konfrans çərçivəsində ASAPES-də “İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, “Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və “Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili” bölmələrində həm yerli, həm də əcnəbi mütəxəssislər tərəfindən maraqlı təqdimatlar baş tutub.

Xəbər lenti